Dmitri Peskov – ABŞ Ukrayna ilə bağlı siyasətini dəyişə və münaqişənin sona çatmasına kömək edə bilər, lakin bir gecədə onu dayandıra bilməz
ABŞ Ukrayna ilə bağlı siyasətini dəyişə və münaqişənin sona çatmasına kömək edə bilər, lakin bir gecədə onu dayandıra bilməz. – Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Amerika mətbuatında Rusiyanın ABŞ prezident seçkilərinə guya müdaxiləsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Peskov qeyd edib ki, o, Vladimir Putinin Donald Trampı qələbəsi münasibətilə təbrik etmək planlarından xəbərsizdir.
“Prezidentin planlarından, Trampı təbrik edib-etməyəcəyindən xəbərim yoxdur. Unutmayaq ki, söhbət dost olmayan, dövlətimizə qarşı birbaşa və dolayısı ilə müharibədə iştirak edən ölkədən gedir”. – dedi Peskov.