Dimitri Medvedev - Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmə ideyası hələ də populyardır, bunun üçün əsaslı səbəb olarsa, həyata keçirilə bilər
Dimitri Medvedev - Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmə ideyası hələ də populyardır, bunun üçün əsaslı səbəb olarsa, həyata keçirilə bilər

Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmə ideyası hələ də populyardır, bunun üçün əsaslı səbəb olarsa, həyata keçirilə bilər- deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dimitri Medvedev bildirib.

“Qərb daha bir vacib, lakin zəruri dərs çıxarmalıdır. Yaranmış təhlükələri aradan qaldırıb təhlükəsizlik zəmanəti aldıqdan sonra 2008-ci ildə biz Tbilisiyə hücumu dayandırdıq. Amma indi vəziyyət yenidən aktiv şəkildə gərginləşir. Görünür, onlar Ukrayna cinahı ilə sərhədlərimizdə daha bir gərginlik mərkəzi yaratmaq istəyirlər.  Gürcüstanın NATO-ya mümkün üzvlüyü ilə bağlı hələ də danışıqlar gedir”, – Medvedev bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini onu da bildirir ki, Gürcüstanda sanki sifarişlə “rusofob partlayışlar” başlayıb.

“2008-ci ilin tarixini təkrarlamağa ehtiyac yoxdur. Biz BMT Nizamnaməsi ruhunda danışıqlar masası arxasında problemləri həll etməyə hazırıq. Amma əgər narahatlıqlarımız real təhlükə altındadırsa, biz bundan çəkinməyəcəyik. Abxaziya və Cənubi Osetiyada Rusiyaya birləşmə ideyası hələ də populyardır, bunun üçün əsaslı səbəb olarsa, həyata keçirilə bilər. Qərb üçün hadisələrin bu cür dönüşü növbəti biabırçı fiasko və təsirin itirilməsinin başqa bir simvolu olacaq. Tarix isə onun dərslərinə məhəl qoymayan hər kəsi ciddi şəkildə cəzalandırır”, – Medvedev deyir.