Dmitri Kuleba – Ukrayna Trampın Ağ Evə mümkün qayıdışına hazırlaşmır

18:59, 24.04.2024

Ukrayna Trampın Ağ Evə mümkün qayıdışına hazırlaşmır, – bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “The Guardian”a müsahibəsində bildirib.

“Sabah nə baş verəcəyini və ya ABŞ siyasi elitasının özünü necə aparacağını bilmirəm. Donald Trampın prezident kimi ilk dövründə öyrəndiyimiz odur ki, istənilən böhrandan çıxış yolu həmişə var”, – deyə Kuleba bildirib.

Ukraynanın xarici işlər naziri qeyd edib ki, 2014-cü ildə Rusiya ilə müharibə başlayandan bəri Ukrayna o qədər sınaqlardan keçib ki, “mübaliğəsiz, biz hər şeyə hazırıq”.

Oxşar