Dmitri Kuleba - Kiyevin mövqeyi sülh sammitinin yekun kommünikesində yer alıb
Dmitri Kuleba - Kiyevin mövqeyi sülh sammitinin yekun kommünikesində yer alıb

Kiyevin mövqeyi sülh sammitinin yekun kommünikesində yer alıb. – Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sammitin keçirildiyi İsveçrədə jurnalistlərə açıqlamasında belə deyib.

“Mətn balanslaşdırılmışdır. “Ukraynanın təkid etdiyi bütün prinsipial mövqelərimiz nəzərə alınıb”, – Dmitri Kuleba bildirib.

Kulebanın sözlərinə görə, sammitdə alternativ sülh planları müzakirə olunmayıb.

Sammitin yekun kommünikesi hələ ki, rəsmi olaraq açıqlanmayıb.

İsveçrədə keçirilən Qlobal Sülh Sammitinin ikinci günündə 100 ölkədən nümayəndə heyətləri, o cümlədən dünyanın müxtəlif ölkələrindən 57 dövlət və hökumət başçısı iştirak edir.

Sammitin ilk günündə liderlər Ukraynanın ehtiyaclarına diqqət yetiriblər və qeyd ediblər ki, beynəlxalq ictimaiyyət indi Ukraynanı sülh yolunda dəstəkləmək üçün birlikdə olmalıdır.