Dmitri Kuleba bəyan edir ki, Ukrayna və Rusiya arasında danışıqların ikinci raundunun nə vaxt keçiriləcəyi hələ məlum deyil
Dmitri Kuleba bəyan edir ki, Ukrayna və Rusiya arasında danışıqların ikinci raundunun nə vaxt keçiriləcəyi hələ məlum deyil

Ukrayna Xarici İşlər naziri, Dmitri Kuleba bəyan edir ki, Ukrayna və Rusiya arasında danışıqların ikinci raundunun nə vaxt keçiriləcəyi hələ məlum deyil.

“Danışıqların birinci raundu baş tutdu. Nəticə olmayıb. Rusların tələbi, prinsipdə, dəyişməzdir. Bunlar Putinin müharibə başlamazdan əvvəl yaydığı videomüraciətdə səsləndirdiyi tələblərdir. İndi biz danışıqlara hazırıq, diplomatiyaya hazırıq, lakin Rusiyadan heç bir ultimatum almağa hazır deyilik”, – Ukrayna Xarici İşlər naziri bəyan etdi.

Xatırladaq ki, danışıqlarla bağlı bu gün Kremldə bəyanat verildi. Kremlin mətbuat katibi, Dmitri Peskov bəyan edir ki, Rusiya nümayəndə heyəti Ukrayna-Rusiya danışıqlarının keçiriləcəyi yerə çərşənbə günü axşam gedəcək.