Dmanisidə, "Gürcü Arzusu" ofisinin yanında insindent baş verdi, yayılan məlumata görə, yaralananlar var
Dmanisidə, “Gürcü Arzusu” ofisinin yanında insindent baş verdi.
“Gürcü Arzusunun” majoritar deputat namizədi Qoqi Meşvelianinin mətbuat katibi Feride Tvildianinin dediyinə görə, “Gürcü Arzusunun” ofisinin yanına onun tanımadığı şəxslər getdilər və qərargahda olan şəxslərlə münaqişəyə başladılar.
Yayılan məlumata görə, hadisə zamanı odlu silahdan atəş edildi və yaralananlar da var.
Hadisə yerində patrul polisi səfərbər olunub.
Baş verən faktla bağlı, Daxili İşlər Nazirliyi hələlik rəsmi bəyanat verməyib.