Dinc Toplaşma Azadlığı İndeksinə əsasən, Gürcüstan dünyanın ən yaxşı 50 ölkəsi arasında yer alıb
Qlobal demokratiyanın beynəlxalq qiymətləndirmə təşkilatı “Demokratiyanın rəngarəngliyi” dinc toplaşmaq azadlığı indeksini dərc edib. Tədqiqata əsasən, Gürcüstanın 4 ballıq qiymətləndirmə sistemi ilə 3,5 bala layiq görüldüyü və dünyada 50-ci yerdə qərarlaşdığı məlum olur.
2012-ci ildən sonra qiymətləndirməni yaxşılaşdırmaqla Gürcüstan dünyada ilk onluğa daxildir, Avropada isə birinci yerdədir. 2012-ci ilin Dinc Toplaşma Azadlığı İndeksinə əsasən, Gürcüstan Rusiya və Belarusla birlikdə Avropanın ən təhlükəli ölkələrinin üçlüyündə idi və dünyada 99-cu yeri tuturdu, sonrakı 11 il ərzində isə Gürcüstan dünya reytinqində 49 pillə irəlilədi.
Gürcüstan verilmiş indeksə əsasən, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İsveçrə, Latviya, Rumıniya, Polşa, Macarıstan, Bolqarıstan, Cənubi Koreya, Sinqapur, Türkiyə və s. kimi ölkələri qabaqlayır.
Dinc Toplaşma Azadlığı İndeksinə əsasən, Gürcüstan tarixən ən yüksək qiymətləndirməni bu il və ötən il dərc olunan indeksdə alıb.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.