“Dinamo Arena”da keçiriləcək futbol matçı ilə əlaqədar bələdiyyə nəqliyyatı uzadılmış iş vaxtı ilə işləyəcək
Martın 26-da Gürcüstan və Yunanıstan milli komandaları arasında keçiriləcək futbol oyunu ilə əlaqədar metro və avtobusların müəyyən marşrutlarının iş vaxtı uzadılacaq.
Əhalinin maraqlarını nəzərə alaraq, metro fəaliyyətini 00:00-da deyil, martın 27-də saat 02:00-da dayandıracaq, həm “Dinamo Arena”ya, həm də Birinci Respublika Meydanına gələn azarkeşlərə xidmət göstərəcək.
Bundan başqa avtobuslar – N301, N306, N308, N310, N311, N314, N315, N320, N326, N327, N331, N337, N342, N345, N352, N358, N359, N364, N378, N381, N384, N386, N388, N391 və N397 martın 26-sı saat 22:00-dan martın 27-si saat 02:00-a kimi fəaliyyət göstərəcək.
Gürcüstan millisi Avropa çempionatının pley-off mərhələsinin final oyununu “Dinamo Arena”da Yunanıstan millisi ilə keçirəcək. Matçla eyni vaxtda Birinci Respublika Meydanında Tbilisi Meriyasının və Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə tədbir keçiriləcək və futbol azarkeşləri üçün ərazidə böyük ekran quraşdırılacaq.
Görüş saat 21:00-da başlayacaq və azarkeşlər saat 19:00-dan etibarən Birinci Respublika Meydanında təşkil edilən zonaya gedə biləcəklər.
Gürcüstanın Birinci Kanalı, Gürcüstan Radiosu (FM 102.3) və 1TVPLAY matçın canlı reportajını sizlərə təqdim edəcək.
Məlumatı Tbilisi Meriyası yayır.