DİN yeddi kiloqrama qədər "kokain"-i müsadirə edib – narkocinayətə görə 4 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Şöbəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları, son dövrlər ərzində müxtəlif zamanlarda həyata keçirdikləri kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində, Tbilisidə narkocinayətə görə 4 nəfəri saxlayıblar və qanunsuz dövriyyədən külli miqdarda- 7 kiloqrama qədər “kokain”, eləcə də digər növ narkotik vasitələri ələ keçiriblər-bu barədə DİN-yi məlumat yayır.
Qurumdan verilən məlumata görə, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və satışına cəhd edən aşağıdakı şəxslər saxlanılıb: 2001-ci il təvəllüdlü xarici ölkə vətəndaşı D. S., eləcə də xarici ölkə vətəndaşı, 1991-ci il təvəllüdlü D.Q., 1998-ci il təvəllüdlü L.K; və 1962-ci il təvəllüdlü Z. L.
” Hüquq-mühafizə orqanlarının əməkdaşları D.S-nin müvəqqəti yaşadığı ünvana baxış zamanı 5 kiloqramdan artıq kokain tərkibli narkotik vasitə götürüblər. Həmçinin, onun tərəfindən satış məqsədilə yerləşdirilmiş 30 qramadək “kokain” ələ keçirilib.
D.Q-yə gəlincə, onun şəxsi və müvəqqəti mənzilinə baxış zamanı polis tərəfindən maddi sübut olaraq 223 qram “kokain” götürülüb. Polislər həmçinin satış məqsədi ilə ünvanların birində saxlanılan 40 qrama qədər “kokain” götürüblər.
Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları təqsirləndirilən L.K.-nın üzərinə baxış zamanı 30 qrama qədər narkotik vasitə olan “kokain” götürüblər.
Ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları yeddi kiloqrama qədər “kokain” müsadirə ediblər. Müsadirə olunan narkotikin qiyməti dırnaq arası “Qara bazar”-da təxminən yeddi milyon laridir.
Bununla yanaşı, Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları Saqareco munisipalitetinin Verxviani kəndi yaxınlığına saxlanılan Z.L.-nin üzərinə baxış zamanı iki qutu “heroin” götürüblər.
Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 6-cı hissələrinin “a” yarımbəndləri, 19-260-cı maddəsinin 7-ci hissəsinin “a” bəndi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və satışına cəhdlə bağlı istintaq aparılır.
Cinayətlər 5 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur ” – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.