DİN - Tbilisidə qətl faktı üzrə bir nəfər barəsində ittiham qiyabi olaraq irəli sürülüb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində
Tbilisinin Cava küçəsində baş vermiş qətl hadisəsi isti izlərlə açılıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən qəsdən adamöldürmə faktı üzrə 1964-cü il təvəllüdlü V.S.-ya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə ittiham qiyabi olaraq irəli sürülüb.
Cinayət 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.
“İstintaqla müxtəlif cinayətlərə görə mühakimə olunmuş təqsirləndirilən şəxsin bu ilin dekabrın 23-də Tbilisi şəhərinin Cava küçəsində 1976-cı il təvəllüdlü B.O.-nu keçmişdə baş vermiş şəxsi münaqişə zəminində odlu silahdan atəş açaraq yaraladığı və gizləndiyi müəyyən edilib.
Yaralı hadisə yerində dünyasını dəyişib.
Polis əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsin kimliyi hadisədən bir neçə dəqiqə sonra müəyyən edilib və onun saxlanılması üçün müvafiq tədbirlər keçirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır”- deyə qurumun məlumatında deyilir.