DİN - Tbilisidə Boçormi küçəsindəki atış poliqonlarından birində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb
DİN - Tbilisidə Boçormi küçəsindəki atış poliqonlarından birində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb

Tbilisidə Boçormi küçəsindəki atış poliqonlarından birində baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb, – bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

“Tbilisidə, Boçormi küçəsi 12 nömrəli ünvanında “Battleground” mağazasında baş verən partlayış nəticəsində hazırkı məlumata görə, 2 vətəndaş həlak olub, 4 nəfər yaralanıb, onlar təcili tibbi yardım briqadaları tərəfindən müxtəlif xəstəxanalara aparılıblar.

Xəbərdarlıq daxil alan kimi Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları, o cümlədən yanğınsöndürən-xilasedicilər, patrul polisi və kriminal polis orqanlarının nümayəndələri hadisə yerinə cəlb olunublar.

Hazırda bütün lazımi tədbirlər görülür”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.