DİN - Tbilisi və regionlarda 14 narkotik satıcısı saxlanılıb, külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb
DİN - Tbilisi və regionlarda 14 narkotik satıcısı saxlanılıb, külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb

 

Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisi, Kvemo Kartli, Şida Kartli, Achara, İmereti və Sameqreloda narkotik alveri ilə məşğul olan 14 nəfəri saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

“Narkotik vasitələrin qanunsuz şəkildə əldə edilməsi-saxlanması -satışı və satışa cəhd ittihamı ilə həbs edilənlər: 1967-ci il təvəllüdlü T.L., 1972-ci il təvəllüdlü A.M., 1986-cı il təvəllüdlü M.Ch., 1977-ci il təvəllüdlü İ.B, 1975-ci il təvəllüdlü Z.L, 1982-ci il təvəllüdlü D.J. 1995-ci təvəllüdlü A.K., 1990-cı il təvəllüdlü Q.A., 1980-ci il təvəllüdlü K.B. (“Kokiniç” ləqəbli), 1984-cü il təvəllüdlü Q.S. (“Lisoviç” ləqəbli), 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş B.F. və xarici vətəndaşı – 1980-ci il təvəllüdlü A.Ch., 1982-ci il təvəllüdlü S.Q. və 1981-ci il təvəllüdlü T.M.; Cinayətlər 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur” -deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Qurumdan verilən məlumata görə, hakimin hökmü əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən gizli istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin sistematik şəkildə narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilib.

“Polis tərəfindən qanunsuz narkotik vasitə satışına görə saxlanılan şəxsdən, hakimin hökmü əsasında , müxtəlif növ narkotik vasitələrin nəzarət alışı həyata keçirilib və alışların gizli audio-video çəkilişləri aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, saxlanılan şəxslər tərəfindən satılmış külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələr – “heroin”, “heroin” tərkibli toz, “alfa Pvp” və “buprenorfin”i maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində axtarış zamanı həmçinin müxtəlif növ narkotik vasitələr və ehtimal ki, narkotik vasitələrin satışından əldə edilən pul aşkar edilib.

Gürcüstan Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz şəkildə əldə edilməsi-saxlanması -satışı və satışa cəhdi nəzərdə tutan 19-260-cı maddələri ilə, 260-cı maddəsinin 3, 4, 5 və 6-cı hissələri ilə istintaq aparılır.

Daxili İşlər Nazirliyi narko cinayətlərə qarşı barışmaz mübarizəsini davam etdirir. Təkcə bu il hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 88 şəxs saxlanılıb və külli miqdarda müxtəlif növ narkotik vasitə maddi sübut kimi götürülüb” – deyə DİN-dən bildirirlər.