DİN "Tbilisi Pride" həftəliyi çərçivəsində elan edilmiş tədbirlərlə əlaqədar qabaqlayıcı tədbirlər haqqında məlumat yayır
DİN "Tbilisi Pride" həftəliyi çərçivəsində elan edilmiş tədbirlərlə əlaqədar qabaqlayıcı tədbirlər haqqında məlumat yayır

 

Gürcüstanın Daxili İşlər Nazirliyi “Tbilisi Pride” həftəliyi çərçivəsində elan edilmiş tədbirlərlə əlaqədar qurum  tərəfindən planlaşdırılan qabaqlayıcı tədbirlər haqqında məlumat yayır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həftəlik çərçivəsində planlaşdırılan qapalı tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələri sözü gedən tədbirin təşkilatçıları ilə daim əlaqə saxlayırlar.

“Gürcüstan Daxili İşlər Nazirliyinin , BMT-nin, “Tbilisi Pride” , yerli və beynəlxalq təşkilatların , Gürcüstanın Xalq Müdafiəsi Aparatının, eləcə də diplomatik korpusun nümayəndələrinin iştirakı ilə həftəliyin təhlükəsiz mühitdə keçirilməsi üçün son vaxtlar bir sıra işgüzar görüşlər keçirilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi “Tbilisi Pride” tərəfindən planlaşdırılan qapalı tədbirlərin təhlükəsiz formatda keçirilməsini təmin etmək, asayişi qorumaq, eləcə də həftəlik çərçivəsində, hər bir şəxsin ifadə və qanunla icazə verilən həddi aşmayacaq şəkildə sərbəst toplaşma azadlığını qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Bununla yanaşı, KİV vasitəsilə bu həftə üçün nəzərdə tutulan qapalı tədbirləri müəyyən qrupların pozmağı planlaşdırdığına dair məlumat yayılır.

Gürcüstanın Daxili İşlər Nazirliyi hər cür zorakılığı qınayır və “Pride” həftəliyinə qarşı çıxan qrupları qanuna əməl etməyə, polisin qanuni tələblərinə tabe olmağa və qanunla icazə verilən toplaşma və manifestasiya hüququndan kənara çıxmamağa çağırır. Əks halda, polis öz səlahiyyətləri çərçivəsində hərəkət edəcək, hər bir qanun pozuntusunun qarşısı alınacaq və ciddi hüquqi cavab veriləcək”- deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.