DİN saxtakarlıq faktı ilə bağlı Tbilisidə iki nəfəri həbs etdi
DİN saxtakarlıq faktı ilə bağlı Tbilisidə iki nəfəri həbs etdi

Daxili İşlər Nazirliyinin mərkəzi Kriminal Polis Departamentinin trefikinqə və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə idarəsisinin əməkdaşları, hakim qərarı əsasında, Amerika Birləşmiş Ştatlarına viza düzəltmək əvəzinə saxtakarlıqla pul alan şəxsləri Tbilisidə həbs etdilər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan cinayət 6-dan 9 ilə qədər həbs cəzasını nəzərdə tutur.

İstintaq nəticəsində, məlum oldu ki, həbs edilən şəxslər vətəndaşı aldadıblar ki, böyük pul məbləği əvəzində, ona ABŞ vizasını almağa yardım edəcəklər.

Viza əvəzində isə, vətəndaşdan 17 000 ABŞ dolları tələb ediblər.

Oradan 8 500 dolları öz hesabların əvvəlcədən köçürüblər.

İstintaq cinayət məcəlləsinin 180-ci maddəsinin “b” alt maddəsi ilə aparılır.