DİN- Quriyada fəlakət zonasında monitorinq dronlar vasitəsilə həyata keçirilir
DİN- Quriyada fəlakət zonasında monitorinq dronlar vasitəsilə həyata keçirilir

 
Quriyada, təbii fəlakət zonasına həm canlı qüvvə, həm də ağır texnika, üzən vasitələr və bir qrup kinoloq səfərbər olunub-bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qurumun məlumatında monitorinqin xüsusi dronlarla aparıldığı deyilir.

“Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili fəlakət zonasında qalır və fövqəladə hallar qərargahını koordinasiya edir. Quriya bölgəsinə Daxili İşlər Nazirliyinin müvafiq bölmələrindən həm canlı qüvvə, ağır texnika, üzən vasitələr, həm də bir qrup kinoloq səfərbər edilib. Təbii fəlakət zonasında monitorinq aparmaq üçün xüsusi dronlardan istifadə olunur”– deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.