Daxili İşlər Nazirliyi Qumatidə toplaşanlara müraciət edir ki, qanunun tələblərini müdafiə etsinlər və sakitliyi qorusunlar. Bu barədə məlumatı DİN yayır.
İdarənin məlumatına görə, polis ona verilmiş mandat çərçivəsində hərəkət edəcək və qanun pozuntusunun istənilən faktına münasibət bildirəcək.
“Daxili İşlər Nazirliyinin əməkdaşları təhlükəsizlik tədbirlərindən irəli gələrək və hadisələrin süni şəkildə eskalasiyasının başdan rədd edilməsi məqsədilə, Rioni Dərəsinə səfərbər olunublar və ictimai əsayişi qoruyurlar.
Daxili İşlər Nazirliyi toplaşanlara müraciət edir ki, polisin qanuni tələblərinə tabe olsunlar və ifadə azadlğının qanunla yol verilmiş çərçivəni aşmasınlar”, – DİN-in bəyanatında deyilir.