DİN - Planlaşdırılan mitinqin təşkilatçılarına və iştirakçılarına xəbərdarlıq edirik ki, qanunsuz hərəkətlərdən çəkinsinlər, əks halda polis müvafiq tədbirlər görəcək
Noyabrın 24-dən etibarən bir neçə müxalifət partiyası Respublika meydanına toplaşaraq, daha sonra parlamentə doğru yürüş etməyi planlaşdırır. Nəzərdə tutulan aksiyanın təşkilatçıları və iştirakçılarının nəzərinə çatdırırıq ki, qanunvericilikdə ictimai təhlükəsizliyin qorunması və müxtəlif qurumların normal fəaliyyətinin təmin edilməsi məqsədilə toplantı-təzahürünün hüquqi bazası və əhatə dairəsi ətraflı şəkildə müəyyən edilib. – Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, qanun Gürcüstan Cinayət Məcəlləsinin 222-ci maddəsinə görə cəza tələb edən əməl sayılan strateji və ya xüsusilə mühüm obyektin bloklanmasını qadağan edir.
“İctimaiyyətə məlum olduğu kimi, Gürcüstanın 11-ci çağırış parlamentinin iclasından əvvəl, noyabrın 24-dən etibarən bir neçə müxalifət partiyası Respublika meydanına toplaşaraq, daha sonra Parlament istiqamətində yürüş etməyi planlaşdırır. Müxalifət partiyalarının liderləri media və sosial şəbəkələr vasitəsilə bu toplantının məqsədinin 11-ci çağırış Milli Məclisin ilk iclasının müxtəlif üsullarla həyata keçirilə biləcəyinə maneçilik törətmək olduğu barədə məlumatlar yayıblar. Nəzərdə tutulan aksiyanın təşkilatçıları və iştirakçılarının nəzərinə çatdırırıq ki, ictimai təhlükəsizliyin qorunması və müxtəlif təşkilatların normal fəaliyyətini təmin etmək məqsədilə Gürcüstan qanunvericiliyi toplantı-təzahürünün hüquqi çərçivəsini və əhatə dairəsini ətraflı şəkildə müəyyən edir.
Bundan əlavə, qanun Gürcüstanın Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən, cəzalandırılan əməl sayılan strateji və ya xüsusilə mühüm obyektin bloklanmasını birbaşa qadağan edir. Cinayət Məcəlləsində bu cinayəti törədən şəxsə iki ilədək müddətə azadlıqdan məhrum etmə, əməl qrup halında törədildikdə isə qrup üzvlərinə görə 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Eyni zamanda ictimaiyyətin nəzərinə çatdırmaq istərdik ki, strateji və/və ya xüsusi əhəmiyyətli obyektlərin siyahısı Gürcüstan hökumətinin 23 oktyabr 2024-cü il tarixli 361 nömrəli qərarı ilə müəyyən edilib. Onların arasında Gürcüstan parlamentinin və hökumət administrasiyasının binaları var. Buna görə də, planlaşdırılan mitinqin iştirakçılarına və təşkilatçılarına xəbərdarlıq edirik ki, qanunla müəyyən edilmiş toplantı/mitinq çərçivəsindən kənara çıxmasınlar və qanunsuz hərəkətlərdən çəkinsinlər. Əks halda, polis hüquqazidd hərəkətlərin qarşısını almaq üçün bütün lazımi qanuni tədbirləri görəcək”. – Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.