DİN "oğru aləminin" üzvlüyü və dəstəyi ittihamı ilə 10 nəfəri həbs edib
Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları, baş prokurorluqla bərabər, Tbilisi və Acara regionunda eyni anda keçirdikləri kompleksli operativ tədbirlər nəticəsində, sözdə “qanuni oğrular aləminin” üzvlüyündə ittiham edilən altı nəfəri həbs etdilər. Dörd nəfər isə, daha öncə məsuliyyətə cəlb olundu.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs edilənlər arasında bu şəxslər var:
1977 -ci il təvəllüdlü və “Xonski” ləqəbli Ceyran Kintsuraşvili;
1963-cü il təvəllüdlü “Kusa” ləqəbli Tamaz Kartsivadze;
1983-cü il təvəllüdlü R.P.
Həbs edilən şəxslərdən Ceyran Kintsuraşvili və Tamaz Kartsivadze “qanuni oğru” hesab edilirlər, digərləri isə, “oğru aləminin” üzvü olmaqla ittiham edilirlər.
İstintaq nəticəsində məlum oldu ki, cari ilin fevral və mart aylarında, həbs edilənlərin bir hissəsi, borcun qaytarılması davasına, tərəflərin müraciəti əsasında qoşuldular.
Həbs edilənlərin ittiham edildiyi cinayət 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.