DİN nümayəndəsi - Arçil Tatunaşvilinin cəsədini evinə ekspertizadan sonra qaytaracaqlar
Gürcüstanın Daxili İşlər Nazirliyi və bütün Gürcüstan höküməti əlindən gələni etdi ki, Arçil Tatunaşvilinin cəsədi ailəsinə qaytarılsın, – bu bəyanatı Daxili İşlər Nazirliyinin nümayəndəsi Aleksanre Xocevanişvili jurnalistlərə Erqnetidə verdi.
Xocevanişvilinin dediyinə görə, Arçil Tatunaşvilinin ölümü ilə bağlı istintaq aparılır və onun cəsədi öncə ekspertiza bürosuna aparılacaq və yoxlanıldıqdan sonra ailəsinə veriləcək.