DİN- Nazirliyin müxtəlif bölmələrinin əməkdaşları təhlükəsizlik ölçülərindən irəli gələrək, qanunverici orqanın ətraf ərazisinə səfərbər ediliblər
DİN- Nazirliyin müxtəlif bölmələrinin əməkdaşları təhlükəsizlik ölçülərindən irəli gələrək, qanunverici orqanın ətraf ərazisinə səfərbər ediliblər

 
“Toplaşma və manifestasiya haqqında” Gürcüstan qanununa müvafiq olaraq, inzibati orqanın girişlərini bağlamaq qadağandır. Bir daha aksiyanın təşkilatçılarını və üzvlərini etirazlarını dinc yolla ifadə etməyə çağırırıq-bu haqda Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Qurumdan açıqlandığı üzrə, istənilən qanun pozuntusu faktının qarşısı polis tərəfindən dərhal alınacaq və müvafiq hüquqi cavabla müşaiyət olunacaq.

“Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları təhlükəsizlik ölçülərindən irəli gələrək və hadisələrin süni şəkildə gərginləşməsinin qarşısını almaq məqsədilə qanunverici orqanın ətraf ərazisinə səfərbər ediliblər və ictimai asayişi təmin edirlər.

“Toplaşma və manifestasiya haqqında” Gürcüstan qanununa müvafiq olaraq, inzibati orqanın girişlərini bağlamaq qadağandır. Bir daha aksiyanın təşkilatçılarını və üzvlərini etirazlarını dinc yolla ifadə etməyə, qanunu pozmamağa, ərazidəki polis əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırırıq. İstənilən qanun pozuntusu faktının qarşısı polis tərəfindən dərhal alınacaq və müvafiq hüquqi cavabla müşaiyət olunacaq”- Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.