DİN narkocinayətə görə Otar Partsxaladzenin qardaşını yaxalayıb
DİN narkocinayətə görə Otar Partsxaladzenin qardaşını yaxalayıb

 

 

DİN sabiq baş prokuror,Otar Partsxaladzenin qardaşını yaxalayıb.

Tornike Partsxaladze narkocinayətə  görə yaxalanıb.

Gürcüstanın Birinci Kanalının məlumatına görə,Partsxaladzenin üzərinə baxış keçirərkən bir ədəd suboksin həbi götürülüb.

Gürcüstanın Birinci Kanalına DİN-dən bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi ilə aparılır,bu isə 6 ilədək azadlıqdan məhrum edilməni nəzərdə tutur.

 

Hazırladı-Sevinc Mustafayeva