DİN- müxtəlif bölmələrin nümayəndələri Parlamenti əhatə edən ərazini tamamilə tərk etdilər, etirazçıların istədikləri yerdə aksiya keçirmək imkanları var
DİN- müxtəlif bölmələrin nümayəndələri Parlamenti əhatə edən ərazini tamamilə tərk etdilər, etirazçıların istədikləri yerdə aksiya keçirmək imkanları var

Etiraz edənlərin istədikləri yerdə nümayiş aksiya keçirmək imkanları var, – bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri deputatların və Parlament Aparatının əməkdaşlarının təhlükəsiz çıxışını təmin etdikdən sonra Parlamenti əhatə edən ərazini tamamilə tərk etdilər.

Etirazçıların istədikləri yerdə aksiya keçirmək imkanları var.

Daxili İşlər Nazirliyi siyasi partiya rəhbərlərini, aksiya təşkilatçılarını və iştirakçılarını qanunu pozmamağa, dinc şəraitdə etirazlarını bildirməyə və zorakılıq xarakterli hərəkətlər etməməyə çağırır”, – deyə DİN-nin bəyanatında deyilir.