DİN - Mtsxeta-Mtianetidən vətəndaşların təhlükəsiz şəkildə çıxarılması  üçün xüsusi tədbir keçirilir
DİN - Mtsxeta-Mtianetidən vətəndaşların təhlükəsiz şəkildə çıxarılması üçün xüsusi tədbir keçirilir

 

Mtsxeta-Mtianeti munisipalitetində bol yağıntı nəticəsində avtomobil yolunda hərəkətin məhdudlaşdırılması səbəbilə, regionda qalmış vətəndaşlara kömək etmək məqsədilə, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti tərəfindən Sərhəd Polisinin helikopterləri ilə vətəndaşların təxliyəsi prosesinə başlanılıb

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşların təxliyyəsi rayonun Korşa, Roşka, Barisaxo və Çarqali kəndlərindən həyata keçirilir.

“Bölgədə olan vətəndaşların təhlükəsiz əraziyə təxliyyəsi məqsədilə, Yanğın-xilasetmə Qüvvələri İdarəsinin əməkdaşları dərhal prosesə cəlb olunub və bu gün səhər saatlarında isə Sərhəd Polisinin helikopteri xilasetmə əməliyyatlarına cəlb olunub”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.