DİN - Milli Məclisin yaxınlığında keçirilən aksiyada 107 nəfər inzibati qaydada saxlanılıb, aksiya iştirakçılarının zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin on əməkdaşı xəsarət alıb
DİN - Milli Məclisin yaxınlığında keçirilən aksiyada 107 nəfər inzibati qaydada saxlanılıb, aksiya iştirakçılarının zorakılıq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin on əməkdaşı xəsarət alıb

Parlament binası yaxınlığında keçirilən aksiyada polisin qanuni tələbinə tabe olmamaq və xırda xuliqanlıq etməkdə şübhəli bilinən 107 nəfər İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə saxlanılıb. – Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Açıqlamada bildirilir ki, Daxili İşlər Nazirliyinin nümayəndələrinin çoxsaylı çağırışlarına baxmayaraq, Rustaveli prospektində, Parlament binasının yaxınlığında keçirilən aksiyada dəfələrlə toplantı və nümayiş qanunu ilə müəyyən edilmiş normalardan kənara çıxılıb.

“Bütün gecə ərzində aksiya iştirakçıları həm şifahi, həm də fiziki olaraq polislərlə üz-üzə gəliblər. Rustaveli prospektində insanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar, daşlar, pirotexniki vasitələr, şüşə butulkalar və dəmir əşyalar atıblar.

Etirazçıların zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 10 əməkdaşı yaralanıb. İndiyədək bir polis bədəninin müxtəlif nahiyələrində yanıq xəsarətləri ilə tibb müəssisəsində qalır.

Cəmiyyət müxtəlif telekanallarda mitinq iştirakçılarının zorakılıq, qanunsuz hərəkətlərini açıq şəkildə gördü. Çoxsaylı çağırışlara baxmayaraq, toplaşanlar Tbilisi bələdiyyəsinin və ya fərdi şəxslərin infrastrukturuna, parlamentin mühafizə bəndinə ziyan vurub, müxtəlif əşyaları və məftilləri yandırıb, qanunverici orqanın yaxınlığında barrikadalar qurublar. Onlar parlamentin giriş qapısına və videomüşahidə kameralarına da ziyan vurublar.

Daxili İşlər Nazirliyinin əməkdaşları asayişi bərpa etmək üçün qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə ediblər.

İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələrinə əsasən, polis əməkdaşının qanuni tələbinə tabe olmayan və xırda xuliqanlıq edən 107 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. – bəyanatda qeyd olunur.