DİN - mandatur institutu təkmilləşdiriləsidir
DİN - mandatur institutu təkmilləşdiriləsidir

Daxili İşlər Nazirliyində hesab edirlər ki, mandatur institutu təkmilləşdiriləsidir. Çünki, bu yalnız məktəbin ərazisində qayda qanunları deyil, həmçinin maarifləndirmə siteminin daxilində başlayan münaqişənin prevensiyasını və bu sahənin daxilindən kənarda mümkün davam edəcəyinin qarşısını almalıdır. Bu barədə, Daxili İşlər Nazirliyinin, Tbilisidə, Xorava küçəsində baş verən hadisəyə əks səda verdiyi bəyanatında qeyd olunub.

“Gürcüstan Daxili İşlər Nazirliyi hər bir zoraklıq faktına sərt münasibət bildirəcəkdir. Zoraklığa qarşı mübarizə bizim ən asas məqsədimizdir və hər şeyi edəcəyik ki, ictimaiyyət, özəlliklə də həddi büluğa çatmayanlar müdafiə olunmuş olsunlar. Mandatur institutu təkmilləşdiriləsidir. Çünki, bu yalnız məktəbin ərazisində qayda qanunları deyil, həmçinin maarifləndirmə siteminin daxilində başlayan münaqişənin prevensiyasını və bu sahənin daxilindən kənarda mümkün davam edəcəyinin qarşısını almalıdır.

Daxili İşlər Nazirliyi həddi büluğa çatmayanlar arasında cinayətin prevensiyasına xüsusi diqqət yetirəcək və bu məqsədlə başqa dövlət idarələri, ictimayyət və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edəcək”, – DİN-də bəyan edirlər.

DİN-nin məlumatına görə, Tbilisidə, Xorava küçəsində dekabrın birində, həddi büluğa çatmayanlar arasında dalaş baş verdi. İlkin məlumata görə, mübahisə zamanı, soyuq silahla 2001-ci il doğumlu D.S. və 2001-ci il doğumlu L.D. yaralandı. Yaralanan gənclərdən biri, xəstəxanaya çatdırılana qədər dünyasını dəyişdi. Keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, 2001-ci il doğumlu Q.B-nı qəsdən qətl ittham ilə yaxaladı. Güman edilən cinayətkar müəyyən edilibdir və onun yaxalanması üçün operativ-axtarış və istintaq tədbirləri həyata keçirilir

İstintaq, qəsdən qətl faktı üzrə həyata keçirilir (GCM-nin 109-cu maddəsi).