DİN Kutaisidə Gürcüstan Bankının filialına hücum edən şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayır
Daxili İşlər Nazirliyi polis tərəfindən Kutaisidə Gürcüstan Bankının filialına hücum edən şəxsin saxlanılması ilə bağlı rəsmi məlumat yayır.
“Daxili İşlər Nazirliyi Kutaisidə Gürcüstan Bankının filiallarından birinə hücum, terror aktı , terror məqsədi ilə girov götürmək və döyüş sursatının qanuna zidd şəkildə əldə edilməsi, saxlanması, gəzdirilməsi ittihamı ilə 1985-ci il təvəllüdlü Q.N.-ni saxlayıb.
Əməliyyat-istintaq tədbirləri nəticəsində silahlı şəxsin Kutaisi şəhərinin Şota Rustaveli prospektində yerləşən Gürcüstan Bankının filialına hücum edərək külli miqdarda pul əldə etmək məqsədilə 14 nəfəri girov götürdüyü müəyyən edilib.
Daxili İşlər Nazirliyi girov götürülən bütün insanları mərhələli şəkildə azad edib, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunu şübhəli şəxs qismində yerindəcə saxlayıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 323-cü və 329-cu maddələri ilə istintaq aparılır” – deyə Daxili İşlər Nazirliyindən bildirilib.