DİN- İşğalçı rejimin nümayəndələri işğal altında olan Axalqori yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar
DİN- İşğalçı rejimin nümayəndələri işğal altında olan Axalqori yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, işğalçı rejimin nümayəndələri işğal altında olan Axalqori yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

DİN-nin məlumatına əsasən, qeyd olunan hadisə ilə bağlı məlumat daxil olan kimi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Avropa İttifaqının Monitorinq Missiyasının idarə etdiyi “qaynar xətt” işə salınıb.

“Növbəti qanunsuz olaraq həbs etmə  faktı ilə bağlı məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb. “Qeyri-qanuni olaraq saxlanılan Gürcüstan vətəndaşının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb”, – yayılan məlumatda deyilib.