DİN-in məlumatına görə, polis "Gürcü Arzusu" ofisi qarşısında aksiyada inzibati qayda ilə səkkiz nəfəri yaxaladı
Polis “Gürcü Arzusu” ofisi qarşısında aksiyada inzibati qayda ilə səkkiz nəfəri yaxaladı.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.
“Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə, “Gürcü Arzusu” ofisi həndəvər ərazisində cari aksiya ilə bağlı səfərbər olunublar və maksimal olaraq aksiya iştirakçılarının təhlükəsizliyini, ictimai qaydanı müdafiə edirlər. Aksiya iştirakçıları toplantı və ifadə azadlığı qanunu ilə yol verilən çərçivəni açdılar. Bu mərhələdə polis inzibati qayda ilə səkkiz nəfəri yaxaladı.
Aksiya təşkilatçılarına bir daha xəbərdarlıq veririk, təmin etsinlər ki, aksiya zoraklıq xarakterini almasın və qanunla yol verilən normaları aşmasın. Əks təqdirdə, polis qanuna mübafiq olaraq hərəkət edəcək”, – DİN-in məlumatında deyilir.