Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Beynəlxalq Aeroportu yaxınlığında aksiyanın altı iştirakçısını yaxaladılar.
Aksiya iştirakçıları rus aviareysinin enməsinə etiraz edirlər. Onlar aeroport ərazisində yolu bağladılar.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi aeroport yaxınlığında keçirilən aksiyanın təşkilatçılarını və iştirakçılarını asayişi qorumağa, hüquqmühafizəçilərin qanuni tələblərinə tabe olmağa çağıran bəyanat yaydı.