DİN- ilkin məlumata görə, Gürcüstan Bankının Kutaisidəki filialına silahlı şəxs daxil olub
Daxili İşlər Nazirliyi Kutaisidə, Şota Rustaveli prospektində yerləşən Gürcüstan Bankının filialı yaxınlığında aparılan polis tədbirləri ilə əlaqədar məlumat yayır.
Nazirlik tərəfindən verilən məlumatda, Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşlarının Kutaisidə Şota Rustaveli prospektində yerləşən bank yaxınlığına səfərbər olunduğu deyilir.
Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatda Gürcüstan Bankının filialına silahlı şəxsin hücum etdiyi deyilir.
“Hücum barədə bildiriş aldıqdan sonra polis əməkdaşları dərhal cavab rejimində hadisə yerinin ətrafını mühasirəyə alıblar. Hazırda hadisə yerinə səfərbər olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün zəruri və təxirəsalınmaz prosedurlar, eləcə də istintaq-əməliyyat tədbirləri görülür.
Daxili İşlər Nazirliyi media nümayəndələrini və vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə, polis əməkdaşlarının göstərişlərinə yerindəcə tabe olmağa çağırır” – deyə açıqlamada bildirilir.