DİN - hüquqmühafizəçilər, bütün ölkə miqyası ilə, qəbirsanlıqlarla bağlı mövcud requalasiyalara ikinci gündür intensiv şəkildə nəzarət edirlər
Daxili İşlər Nazirliyinin bölmələri Gürcüstanın bütün ərazisində, səhərdən qəbirsanlıqlara gedən yollara və tədbiq olunan requalasiyalara ikinci gündür intensiv şəkildə nəzarət edirlər, – bu barədə məlumatı DİN yayır.
Elə onların məlumatına görə, poliş əməkdaşları mövcud requlasiyalara Tbilisidə, eləcə də bölgələrdə mövcud olan qəbirsanlıqlarda nəzarət edirlər.
“Gürcüstan hökumətinin 2020-ci il 23 may tarixli N322 qəarəna uyğun olaraq, koronavirusun yayılmasının başdan rədd edilməsi məqsədilə, 2, 3 və 4 mayda bütün Gürcüstan miqyası ilə, qəbirsanlıqlar ərazisinə vətəndaşların daxil olması qadağan edildi. Məhdudiyyətin pozulması şəxsin 2000 lari miqdarında cərimələnməsini nəzəzrdə tutur. Qadağa yalnız dəfn prosesinə aid deyil.
Koronavirusun yayılmasının başdan rədd edilməsi məqsədilə, önəmlidir ki, Gürcüstan ərzisində olan şəxslər ictimai sağlamlıq sahəsində qüvvədə olan Gürcüstan qanunvericiliyi tələblərini müdafiə etsin.
Daxili İşlər Nazirliyi vətəndaşları yüksək ictimai məsuliyyətin göstərilməsinə və mövcud requlasiyalara tabe olmasına çağırır”, – DİN-in məlumatında deyilir.