DİN Gürcüstana qanunsuz olaraq 12 kiloqrama qədər narkotik vasitənin gətirilməsinin qarşısını alıb, xarici ölkə vətəndaşı saxlanılıb

12:07, 19.09.2026

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları, külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmək, saxlamaq və Gürcüstana gətirmək ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Laqodexi” sərhəd-keçid məntəqəsinin ərazisində təqsirləndirilən şəxsin idarə etdiyi yük avtomobilinə ətraflı baxış zamanı, avtomobilin salonunda quraşdırılmış xüsusi gizli bölmədən 2 büküm halında qablaşdırılmış 12 kiloqrama qədər “marixuana”nı maddi sübut kimi götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar