DİN - "Gürcü Arzusu"-nun icraçı katibinin, müxalifət qüvvələri tərəfindən hazırlanan provokasiyalar haqqında bəyanatı ilə bağlı faktlar öyrənilir
“Gürcü Arzusu”-nun icraçı katibinin, müxalifət qüvvələri tərəfindən hazırlanan provokasiyalar haqqında bəyanatı ilə bağlı Daxili İşlər Nazirliyi faktlar öyrənməyə başladı.
“Oktyabrın 30-da, “Gürcü Arzusu”-nun icraçı katibinin, müxalifət qüvvələri tərəfindən hazırlanan provokasiyalar haqqında bəyanatı ilə bağlı faktların öyrənilməsi prosesi başladı. Bütün gərəkən tədbirlər keçiriləcək və gərəkən şəxslər dindiriləcək.
Daxili İşlər Nazirliyi 2020-ci ilin parlament seçkilərinin, bütün ölkə miqyasında təhlükəsiz və azad mühitdə keçirilməsini təmin edəcək.
Polis seçki prosesinin zorakılıq ssenarisi ilə inkişafına icazə verməyəcək və hər bir hüquq pozuntusu faktına sərt reaksiya veriləcək” – deyilir DİN-də.