DİN - "Qumathesdə" yanğın zamanı 18 tona qədər yanacaq axdı
DİN - "Qumathesdə" yanğın zamanı 18 tona qədər yanacaq axdı

Gürcüstan Daxili İşlər Nazirliyi “Qumathes 2” ərazisində əmələ gələn yanğın barədə rəsmi məlumat yayır.

DİN-in məlumatına görə, hadisə yerinə 7 ədəd yanğınsöndürən texnika səfərbər olunub. Baş verənlər nəticəsində xasarət alan olmayıb.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəsi Agentliyinə “112-“-dən xədərdarlıq daxil oldu ki, Sğaltubo munisipalitetində, “Qumathes 2″ ərazisində partlayış verdi və nəticədə yanğın əmələ gəldi. Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəsi Agentliyinin əməkdaşları daxil olan xəbərdarlığa dönmədən münasibət bildirdilər. Hadisə yerində 40-a qədər yanğınsöndürən-xilasedici və 7 ədəd yanğınsöndürən texnika səfərbər olundu. İlkin məlumata görə, Qumathes 2” ərazisində əmələ gələn yanğın zamanı 18 tona qədər yanacaq axıb. Hadisə yerində açıq alov və güclü tüstü qeydə alındı. Baş verənlər nəticəsində xasarət alan olmayıb. Bu vaxta qədər yanğının söndürülməsi üçün intensiv işlər həyata keçirilir. Hadisə yerinə hüquqmühafizəçilər səfərbər olunub. Onlar “Qumathes 2″ ərazisini perimetrini qoruyurlar. baş verənlərlə əlaqədar istintaq GCM-nin 187-ci maddəsinin ikinci hissəsi ilə başladı”, – Gürcüstan Daxili İşlər Nazirliyin məkumatında deyilir.

“Qumathesdə” baş verən yanğını bu vaxta qədər söndürə bilmirlər.