DİN - güclü yağışla əlaqədar ölkənin müxtəlif bölgələrində yanğınsöndürən - xilasedicilər səfərbər olunub, xilasetmə əməliyyatlarına sərhəd polisinin helikopteri də qoşulub
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri Gürcüstanda yağan güclü yağış nəticəsində müvafiq texnika və üzmə vasitələri ilə respublikanın müxtəlif bölgələrinə səfərbər olunaraq, müvafiq xilasetmə tədbirlərini fasiləsiz həyata keçirirlər, – bu barədə DİN məlumat yayır.
Agentliyin məlumatına görə, xilasetmə əməliyyatlarına sərhəd polisinin helikopteri də qoşulub.
“Güclü yağış nəticəsində Marneuli munisipalitetində yaşayış evləri və müxtəlif obyektlər su altında qaldı. Onların arasında çayın daşması nəticəsində Qırmızı körpünün yaxınlığında yerləşən və içərisində vətəndaşların olduğu iaşə obyektlərindən birini su basdı. Yanğınsöndürən-xilasedicilər tərəfindən vaxtında görülmüş xilasetmə tədbirləri nəticəsində onları təhlükəsiz əraziyə keçirdilər. Xilasetmə əməliyyatına Sərhəd Polisinin helikopteri də qoşulmuşdu.
“Bolnisi munisipalitetinin Naxiduri kəndində Ktsia çayında yerləşən adada qalan və sahilə çıxa bilməyən vətəndaş Xüsusi Vəziyyətlərə Müdaxilə Qrupu tərəfindən, həmçinin, Sərhəd Polisinin helikopterindən istifadə edərək təhlükəsiz yerə aparılıb”, – DİN-nin bəyanatında qeyd olunub.