DİN qanunsuz dövriyyədən götürülmüş və dəyəri 37 milyon laridən çox olan narkotik vasitəni məhv edib
DİN qanunsuz dövriyyədən götürülmüş və dəyəri 37 milyon laridən çox olan narkotik vasitəni məhv edib

 

Daxili İşlər Nazirliyi tərəfindən müxtəlif vaxtlarda Gürcüstan miqyasında həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində maddi sübut kimi götürülmüş və qara bazarda dəyəri 37 milyon laridən çox olan narkotik vasitələr məhv edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ekspert-kriminalistika Departamentinin əməkdaşları daxili işlər nazirinin müvafiq əmri əsasında, məhkəmənin qərarından sonra xüsusi daimi komissiya üzvlərinin iştirakı ilə narkotik vasitələrin və psixoaktiv maddələrin mərhələli şəkildə məhv edilməsini həyata keçirirlər.

“Daxili İşlər Nazirliyi tərəfindən bu il qanunsuz dövriyyədən müsadirə edilərək məhv edilmiş narkotik vasitələr: 23 kiloqram 759 qram “Heroin”, 12 127 ədəd “Subutex” həbi , 9 kiloqram “Kokain”, 220 qram “MDMA”, 347 qram “Metadon”, bir ton və 655 kq “çətənə”, bir ton və 15 kq “marixuana” , “MDMA” tərkibli 1000 tablet, 367 kapsul / tablet “Tramadol”, “Metadon” tərkibli 125 tablet, 896 qram çətənə qatranı, 229 qram “Alpha PVP”, 679 kapsul “Preqabalin” , 260 qram yeni psixoaktiv maddə, 580 kapsul “Pseudoephedrine”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz dövriyyədən maddi sübut kimi götürülmüş narkotik vasitələri müassir ekoloji standartlara uyğun olaraq yüksək temperaturlu sobada zərərsizləşdiriblər.

Narkotik vasitələrin məhv edilməsi prosesində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə Səhiyyə Nazirliyi və Baş Prokurorluğun nümayəndələri də iştirak ediblər” – deyə məlumatda bildirilir.