DİN - Gallup "qanun və nizam" illik qlobal indeksini dərc edib, ona əsasən, 2022-ci ilin hesabatı ilə müqayisədə Gürcüstanın indeksi yaxşılaşıb
DİN - Gallup "qanun və nizam" illik qlobal indeksini dərc edib, ona əsasən, 2022-ci ilin hesabatı ilə müqayisədə Gürcüstanın indeksi yaxşılaşıb

 
“Gallup” beynəlxalq araşdırma təşkilatı “qanun və nizam” illik qlobal indeksini dərc edib. “Gallup”ın tədqiqatı 2022-ci ilin avqustun 8-dən oktyabrın 31-dək keçirilib və üzbəüz müsahibə metodu ilə 1000 respondent dindirilib-bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumdan verilmiş məlumatda indeksin müxtəlif ölkələrdə insanların şəxsi təhlükəsizliyini, təhlükəsizlik hissini və hüquq-mühafizə orqanlarına inam səviyyəsini qiymətləndirən sorğuya əsaslandığı deyilir.

“Tədqiqatın nəticələrinə əsasən, 2022-ci ilin hesabatı ilə müqayisədə Gürcüstanın indeksi bu il yaxşılaşıb və 87 xal təşkil edir. Təyin olunmuş indeksə görə, Gürcüstan Fransa, İtaliya, Avstraliya, Macarıstan, Belçika, Kanada, Yaponiya, Xorvatiya və digər ölkələri qabaqlayır. Eyni tədqiqata əsasən, Gürcüstan Avstriya, Niderland və Honq Konq kimi ölkələrin yanındadır. Həmçinin Gürcüstanın göstəricisi Almaniya, İsveç, Portuqaliya, Estoniya və İspaniyanın göstəricisindən cəmi 1-2 xal geri qalır” – deyə dərc olunmuş məlumatda bildirilir.