DİN Dmanisi və Marneulidə internet kabellərinə zərər veriməsi faktı ilə istintaq aparır
Daxili İşlər NazirliyininKvemo-Kartli polis departamentinin Dmanisi və Marneuli rayon idarəsində, beynəlxalq əhəmiyyəti olan internet kabelinə zərər verilməsi faktı ilə bağlı istintaq başladılıb.
DİN-in məlumatına görə, müvafiq xidmətləri təcili reaksiya göstərdilər və bu vaxt üçün problem həll olunub və rayonlarda internet təminatı bərpa olunub.
“İstintaq nəticəsində, məlum oldu ki, 2020-ci ili sentyabrın 29-da, gecə saatlarında, Dmanisidə, Oruzman kəndində, internet kabellərinin yerləşdiyi yerdə, naməlum şəxslər internet kabellərinə zərər veriblər və Qara dənizdən gələn, Avropa və Asyası birləşdirən, Poti-Tbilis-Dmanisi-Ermənistan istiqamətinə keçən şəbəkə kabellərinin kəsiblər.
Baş verən fakt haqqında məlumat polisə sentyabrın 30-da verildi.
Faktla bağlı istintaq 187-ci maddə ilə aparılır.