DİN-dən verilən məlumatda Gürcüstan Bankının Kutaisidəki filialına basqın edən şəxsin saxlanıldığı, girovların hamısının azad edildiyi deyilir
DİN-dən verilən məlumatda Gürcüstan Bankının Kutaisidəki filialına basqın edən şəxsin saxlanıldığı, girovların hamısının azad edildiyi deyilir

 

Kutaisidə, Rustaveli küçəsində yerləşən Gürcüstan Bankının filialında xüsusi əməliyyat başa çatıb. DİN-dən verilən məlumatda hücumçunun saxlanıldığı, girovların hamısının azad edildiyi deyilir.

Gün boyu hadisə yerində polis tədbirləri görülüb.

Bununla yanaşı, bankın yerləşdiyi ərazidə bir neçə dəqiqə əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşlarının aktivliyi müşahidə olunub. Onlar girovları binadan çıxarıblar.

Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmi məlumatında hücumçunun 12 nəfəri girov götürdüyü deyilir.