DİN-də bəyan edirlər ki, Batumidə, Mixeil Saakaşviliyə dəstək aksiyasında dünən gecə polis 22 nəfəri yaxaladı
DİN-də bəyan edirlər ki, Batumidə, Mixeil Saakaşviliyə dəstək aksiyasında dünən gecə polis 22 nəfəri yaxaladı

Daxili İşlər Nazirliyinin məlumatına görə, Batumidə, Mixeil Saakaşviliyə dəstək aksiyasında dünən gecə polis 22 nəfəri yaxaladı. Onların hamısı “Milli Hərəkatın” üzvüdür.

DİN-də bəyan edirlər ki, yaxalama inzibati qanun pozuntusu faktı üzrə həyata keçirildi.

Qarçıdurma Qamsaxurdiya küçəsində açılan çadırların və küçənin avtomobil hissəsinin azad edilməsi tələbindən sonra baş verdi. Hüquqmühafizəçilər bəyan edirlər ki, aksiya iştirakçılarının sayı azalmışdı və yolun balanması vacibliyi durmurdu, buna görə, ərazisinin azad edilməsini tələb etdilrə və aksiya iştirakçılarına vaxt verdilər. “Milli Hərəkatın” üzvləri əksini bəyan edirlər. Onlar deyirlər ki, polis çadırların xəbərdarlıqsız dağıtdı və yaxalamanı başladı.

“Qeyd olunan  hissə azad edilməli idi. Yolun bağlanması vacibliyi durmurdu. Bu barədə polis toplaşanlara açıqlama verdo. Onlar qanuni tələbə tabe olmadılar və müvafiq olaraq yaxalama baş verdi. Maniəçilik faktlarld a var idi”, – Acara Polis Departamentinin rəisi, David Mağradze bəyan etdi.

“Milli Hərəkatın” üzvləri Acara Hökumət Evi qarşısında çadırlar açdılar. Onların bəyan etdiyinə görə, çadırlarda Mixeil Saakaşvilinin xaricə göndərilməsinə qədər qalacaqdılar.