DİN- Aksiyanın təşkilatçılarını və iştirakçılarını, parlamentdə olan deputatlar və aparatın əməkdaşlarının binanı maneəsiz tərk etmələrinə imkan verməyə çağırırıq
DİN- Aksiyanın təşkilatçılarını və iştirakçılarını, parlamentdə olan deputatlar və aparatın əməkdaşlarının binanı maneəsiz tərk etmələrinə imkan verməyə çağırırıq

 
Polis qüvvələri Rustaveli prospektində, parlamentin ərazisində davam edən aksiya ilə əlaqədar səfərbər olunub və ictimai təhlükəsizliyi qoruyur -bu haqda Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçılarını və iştirakçılarını, parlamentdə olan deputatlar və aparatın əməkdaşlarının binanı maneəsiz tərk etmələrinə imkan verməyə çağırır.

“Daxili İşlər Nazirliyi qanunverici orqanda davam edən plenar iclasın başa çatmaq üzrə olduğunu nəzərə alaraq, aksiyanın təşkilatçılarını və iştirakçılarını, parlamentdə olan deputatlar və aparatın əməkdaşlarının binanı maneəsiz tərk etmələrinə imkan verməyə və etirazlarını dinc şəraitdə ifadə etməyi davam etdirməyə çağırır.

Polis tərəfindən istənilən qanun pozuntusunun qarşısı dərhal alınacaq, ictimai asayişi pozan şəxslər barəsində isə qanunla nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək”- deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.