DİN - Aksiya zorakılıq xarakteri alıb, Daxili İşlər Nazirliyi qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edib
DİN - Aksiya zorakılıq xarakteri alıb, Daxili İşlər Nazirliyi qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edib

 
Qanunverici orqanın yaxınlığında keçirilən aksiya zorakılıq xarakteri alıb, Daxili İşlər Nazirliyi qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edib-bu haqda Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Daxili İşlər Nazirliyi aksiyanın bütün iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa çağırır.

“Qanunverici orqanın yaxınlığında keçirilən aksiya toplaşma və nümayiş keçirmə qanunu ilə müəyyən edilmiş normaları aşıb və zorakılıq xarakteri alıb. Aksiya iştirakçıları parlament binasının yaxınlığında yerləşdirilmiş qoruyucu bəndlərə zərər vurublar. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının çoxsaylı müraciətlərinə baxmayaraq, aksiya iştirakçıları polisin qanuni tələblərinə tabe olmurlar. İctimai asayişin bərpası məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə olunub.

Daxili İşlər Nazirliyi bir daha aksiyanın bütün iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa, vəziyyətin süni şəkildə gərginləşməsinə yol verməməyə çağırır, əks halda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunla müəyyən edilmiş xüsusi vasitələrdən istifadə ediləcək” – deyə bəyanatda deyilir.