DİN - aksiya zorakılıq xarakteri alıb, aksiya iştirakçıları polisin qanuni tələblərinə tabe olmasa, polis qanunda nəzərdə tutulmuş proporsional güc tətbiq edəcək
DİN - aksiya zorakılıq xarakteri alıb, aksiya iştirakçıları polisin qanuni tələblərinə tabe olmasa, polis qanunda nəzərdə tutulmuş proporsional güc tətbiq edəcək

 

Tbilisidə, Rustaveli prospektində, parlament binasının ətrafında etiraz aksiyası zorakılıq xarakteri alıb, aksiya iştirakçıları parlamentin girişlərindən birini bağlamağa cəhd ediblər, nazirliyin əməkdaşlarına qarşı zorakılıq faktları qeydə alınıb-bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

İdarənin yaydığı məlumata əsasən Daxili İşlər Nazirliyi asayişin və vətəndaşların təhlükəsizliyinin qorunmasına görə məsuliyyət daşıyan qurum olaraq vətəndaşlarımızın Gürcüstan Konstitusiyası ilə təmin edilmiş dinc nümayiş və manifestasiya keçirmək hüququnu qoruyur, eyni zamanda aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılıq çağırışlarına yol verməməyə və aksiyanın zorakılığa çevrilməməsini təmin etməyə çağırırıq.

“Aksiyanın gedişatı zamanı istənilən qanun pozuntusu faktının qarşısı polis tərəfindən qanun çərçivəsində dərhal alınacaq. Aksiya iştirakçılarının polis əməkdaşlarının qanuni tələbinə tabe olmayacağı və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərəcəyi təqdirdə polis xüsusi vasitələr də daxil olmaqla qanunvericiliklə nəzərdə tutulmuş proporsional gücdən istifadə edəcək” – deyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.