DİN - aksiya təşkilatçılarını ictimai qaydanı müdafiə etməyə, nəqliyyat hərəkətini açmağa və polisin qanuni tələblərinə tabe olmağa çağırırıq
Daxili İşlər Nazirliyi Tbilisidə yanacağın bahalaşmasına qarşı keçirilən aksiya ilə bağlı məlumat yayır. İdarənin məlumatına görə, cari etiraz aksiyası çərçivəsində etirazçılar müxtəlif yerlərdə yol qovşağını bağladılar.
“Qeyd olunan hərəkət paytaxtda nəqliyyat kolapsını yaradır. Daxili İşlər Nazirliyi, qaydaların qorunmasına məsul idarə kimi, bütün vətəndaşları, aksiya təşkilatçılarını və iştirakçılarını ictimai qaydanı müdafiə etməyə, nəqliyyat hərəkətini açmağa və polisin qanuni tələblərinə tabe olmağa çağırır.
Aksiya zamanı, qaydanın istənilən pozulmasının qarşısı, polis tərəfindən qanun çərçivəsində alınacaqdır”, – DİN-in bəyanatında deyilir.