DİN - aksiya iştirakçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasına əməl etməyə, polislərin fəaliyyətinə hörmət etməyə, dinc toplantının qanunla müəyyən edilmiş çərçivəsindən çıxmamağa çağırırıq
Gürcüstan Daxili İşlər Nazirliyi aksiya iştirakçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasına əməl etməyə, polislərin fəaliyyətinə hörmət etməyə, dinc toplantının qanunla müəyyən edilmiş çərçivəsindən çıxmamağa , polisin tələbinə tabe olmağa və ictimai asayişi qorumağa çağırır.
Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Qurumdan verilən məlumata görə, Tbilisidə keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 46 nəfər saxlanılıb.
“İctimaiyyətə məlum olduğu üzrə , Tbilisidə müxtəlif inzibati binaların qarşısında etiraz aksiyaları keçirilir. Aksiya iştirakçılarının sərbəst toplaşmaq və ifadə azadlığının çərçivəsindən çıxdığı, eləcə də inzibati binaların girişlərini bağlamağa cəhd göstərdiyi yerlərdə polis tərəfindən inzibati qaydada 46 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi vətəndaşlarımızın Gürcüstan Konstitusiyası ilə təmin edilmiş dinc toplaşma və manifestasiya keçirmək hüququnu qoruyur. Eyni zamanda qeyd edək ki, “Dinc Toplaşma və Manifestasiya haqqında” Gürcüstan qanununa əsasən, inzibati orqanların binalarının girişini bağlamaq və onların fəaliyyətinə maneəçiliklər törətmək qadağandır.
Əvvəlki günlərdə də olduğu kimi, bu gün də Daxili İşlər Nazirliyinin əməkdaşları təhlükəsizlik ölçülərindən irəli gələrək və hadisələrin süni şəkildə eskalasiyasının qarşısını almaq məqsədilə səfərbər edilərək, ictimai asayişi qoruyurlar.
Gürcüstan Daxili İşlər Nazirliyi aksiya iştirakçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasına əməl etməyə, polislərin fəaliyyətinə hörmət etməyə, dinc toplantının qanunla müəyyən edilmiş çərçivəsindən çıxmamağa , polisin tələbinə tabe olmağa və ictimai asayişi qorumağa çağırır.
İstənilən qanun pozuntusu faktının polis tərəfindən dərhal qarşısı alınacaq və müvafiq hüquqi cavab veriləcək”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.