Dimitrios Keridas - Yunanıstan Avropa İttifaqına inteqrasiya yolunda Gürcüstana yardım etməyə hazırdır
Dimitrios Keridas - Yunanıstan Avropa İttifaqına inteqrasiya yolunda Gürcüstana yardım etməyə hazırdır

Gürcüstanın Parlamentinin Yunanıstan Respublikasının Parlamenti ilə Dostluq Qrupunun üzvlərinin Yunanıstana rəsmi səfəri davam edir.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, Yunanıstan Parlamentinin Avropaya inteqrasiya komitəsinin sədr müavini, Dimitrios Keridas ilə görüşdə Gürcüstana Avropa perspektivinin verilməsi və Gürcüstanın Avropa İttifaqına gələcək inteqrasiyası məsələsi müzakirə edildi.

Dimitrios Keridas Gürcüstanın irəliləyişini alqışladı və Yunanıstanın Avropa İttifaqına inteqrasiya yolunda Gürcüstana yardım etməyə və ölkəmizə dəstək olaraq AVropa İttifaqı parlamentariləri ilə danışıqlar aparmağa hazır olduğunu bildirdi.

Görüşdə Gürcüstanın Yunanıstan və Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri, David Dondua iştirak edirdi.

Parlament nümayəndə heyətinə Dostluq Qrupunun rəhbəri Givi Mikanadze, Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və “Qirçi” siyasi qrupunun üzvü Aleksandr Rakviaşvili daxildir. Deputatların Yunanıstan Respublikasına səfəri iyunun 30-da başa çatacaq.