Dimitri Xundadze - Qvaramia və Melia köhnə adlar və mənfi keçmişlə "Yeni" siyasətə başlamağı planlaşdırırlar, amma insanlar bilir ki, "qarğanı qumla nə qədər sürtsən də ağartmaq olmaz"
Bu gün siyasətdə artıq köhnəlmiş və solğun simalar “Yeni” siyasi partiyasını təsis ediblər. Köhnə simaların “Yeni” təqlidi ilə insanları nə qədər aldadacağına seçici qərar verəcək – bu barədə “Xalqın Gücü”nün liderlərindən biri, deputat Dimitri Xundadze yazır.
Dimitri Xundadze Nika Qvaramianın seçki öncəsi atdığı siyasi addımları qiymətləndirir.
“Lobbiçilərin müxalifət qanadında daha çox kadrının olmaması faktdır və yenə də köhnələri gəncləşdirməyə çalışırlar. Bu isə, onların siyasi iflasından xəbər verir. Nika Qvaramianın bəhs etdiyi sözlər – “paklıq” və “təmizlik” diqqəti cəlb edirdi. Bu gün onun bu sözləri işlətməyə cəsarət etməsi xanım prezidentin “sayəsində”dir. Görünür, Qvaramia prezidentlə yanaşı gürcü xalqının da onu əfv etdiyinə inanıb. Halbuki, onun hakimiyyəti dövründə günahsız insanların qanını, məhbuslara işgəncə verilməsini, iş adamlarının soyulmasını və s. heç kim həqiqətən unutmayıb. Yəqin ki, Qvaramia bütün bunları “pak” və “təmiz” edib. Meliaya gəlincə, öz komandasındakı artıq bir dəfə uğursuz olmuş siyasətçi yeni yolla səs qazanmağa çalışır, ancaq bacaracaqmı? Bu faktdır ki, Qvaramia və Melia köhnə adlar və mənfi keçmişlə “Yeni” siyasətə başlamağı planlaşdırırlar, amma insanlar çox yaxşı bilir ki, “qarğanı qumla nə qədər sürtsən də ağartmaq olmaz”-Dimitri Xundadze yazır.
Bu gün Nika Melia və Nika Qvaramia “Yeni” partiyasında birləşdiklərini rəsmən elan ediblər.