Dimitri Xundadze - cəmiyyətə olduqca yaxın olacağıq və bu gün onlarda olmayan məlumatları mərhələli şəkildə bizdən alacaqlar
Cəmiyyətə olduqca yaxın olacağıq və bu gün onlarda olmayan məlumatları mərhələli şəkildə bizdən alacaqlar – bu barədə deputat Dimitri Xundadze bildirib.
Xundadze mətbuata onun, Sozar Subari və Mixeil Ğavelaşvilinin hakim partiyanı niyə tərk etmələri haqqında qərarı barədə də danışıb.
“Bu mərhələdə bu qərarın məqbul olmasını zəruri hesab etdim. Bizim, həqiqətin ictimaiyyətə hansı dozada çatdırılması və daha çox məlumatlı olub-olmamasına dair razı gələ bilməməyimiz istisna olmaqla , “Gürcü Arzusu” , onun liderləri , hər bir üzvü ilə dəyərlərlə bağlı heç bir fikir ayrılığımız yoxdur, praktiki olaraq bütün mövzularda razılaşırıq. Təbii ki, cəmiyyət daha çox bilməlidir, bu gün bu siyasi reallıqda onların rolu çox vacibdir. Buna görə də, dövlət siyasəti və bəzən kulislərdə müzakirə olunan məsələlər barədə fikrimcə ictimaiyyət bu gün bildiyindən daha çox bilməlidir. Məqsədimizə çatacağıq, cəmiyyətə olduqca yaxın olacağıq və bu gün onlarda olmayan məlumatları mərhələli şəkildə bizdən alacaqlar” – deyə Dimitri Xundadze bildirib.
Bir az bundan əvvəl, Sozar Subari, Mixeil Ğavelaşvili və Dimitri Xundadzenin “Gürcü Arzusu” partiyasını tərk etmələri məlum olub.