Dimitri Xundadze - ABŞ səfiri həm gürcü, həm də Amerika variantını rus adlandırır, Dövlət Departamenti bizim təşəbbüsümüzü rus qanunu ilə eyniləşdirir, rus variantında qadağalar var, bizdə bənzər heç nə yoxdur
Dimitri Xundadze - ABŞ səfiri həm gürcü, həm də Amerika variantını rus adlandırır, Dövlət Departamenti bizim təşəbbüsümüzü rus qanunu ilə eyniləşdirir, rus variantında qadağalar var, bizdə bənzər heç nə yoxdur

 

Avropa İttifaqında hakim partiyanın özü oxşar qanun layihəsinin müzakirə olunması gərəkdiyinə dair təşəbbüslə çıxış edib, bu da mı rusdur? Bu qanun Amerikada da rus variantıdırsa, Avropada bu rus qanununu müzakirə etməyə başlayırlarsa, deməli Rusiya bütün dünyaya təsir edib və bizimkimi təhlükə olaraq görünür?-bu barədə Xalqın Gücü” hərəkatının nümayəndəsi Dimitri Xundadze “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi haqqında danışarkən açıqlayıb.

Xundadze onların təşəbbüsü ilə irəli sürülən qanun layihəsinin Rusiya ilə heç bir əlaqəsi olmadığını bildirir.

“BMT, Avropa İttifaqı və ABŞ “Xalqın Gücü”nün qanun layihələrindən narahat olduqlarını bildiriblər, niyə sizin təşəbbüsünüzə qarşı çıxırlar ?”-deyə Dimitri Xundadze Gürcüstanın Birinci Kanalının efirində ünvanlanmış sualı cavablandırıb.

“Onların bir hissəsi bunu qəsdən edir, çünki Gürcüstanın qorunmasını və xarici ölkədən Gürcüstana daxil olan vəsaitə cəmiyyət tərəfindən nəzarət olunmasını istəmirlər. Bu gün səfir çıxaraq həm gürcü, həm də Amerika variantını rus adlandırırsa, deməli, biz burada başqa şeylə üz-üzəyik. Avropa İttifaqının özü bu qanun layihəsini qeydiyyatdan keçirir. Dövlət Departamenti bunu rus qanunları ilə eyniləşdirəndə belə, rus qanununda qadağalar var, onu qeyd etməkdən başqa gürcü qanununda buna bənzər heç nə yoxdur, nə qadağa, nə də başqa tənzimləmə. O zaman ən azı belə çıxır ki, o, bunu oxumayıb və çatdıran işinə gəldiyi kimi çatdırıb. Bu həqiqətə yaxın deyil” -deyə Dimitri Xundadze açıqlayıb.