Dimitri Tskitişvili - Cenevrə formatının nəticəli olması üçün Rusiya tərəfinin siyasi iradəsi lazımdır
Dimitri Tskitişvili - Cenevrə formatının nəticəli olması üçün Rusiya tərəfinin siyasi iradəsi lazımdır

Cenevrə danışıqlar formatının yenidən baxılması o qədər də gərəkli deyil, çünki prosesin nəticəli olması üçün konkret tərəflərin, yəni Rusiyanın iradəsi lazımdır.

Bu barədə bəyanatı Gürcüstan parlamentinin Xarici İşlər Komitəsinin üzvü Dimitri Tskitişvili verdi.

Onun dediyinə görə, Rusiyanın Cenevrə formatından sülh məqsədləri üçün istifadə etmək səlahiyyəti yoxdur və bu formatın pis olduğunu göstərməyə çalışır.

Deputatın dediyinə görə, əgər Rusiya formatın dəyişdirilməsi haqqında söz etsə və danışıqları çıxmaza salmağa çalışsa, Gürcüstanın sadəcə bir yolu qalır – Beynəlxlaq dostluğun dəstəyi.

 

Cenevrə danışıqlarının iyunda planlaşdırılan növbəti raunduna gəlincə isə, Dimitri Tskitişvili qeyd etdi ki, tərəflər ardıcıl və mərhələ şəklində müəyyən addımlar qoymalıdırlar.

“Növbəti görüşün fərqli olması ilə bağlı illyuziyamız yoxdur, çünki bu formatın effektiv şəkildə çalışması üçün Rusiyanın siyasi niyyəti olmalıdır. Bu formatın başqa qüsuru yoxdur” – dedi Tskitişvili.

Beynəlxalq Cenevrə danışıqlarının 43-cü raundu martın 27-28-də keçirildi.

Gürcüstan nümayəndə heyyətinə david Dondua rəhbərlik edirdi.